Sabahın xeyir, Azərbaycan!
“Sabahın xeyir, Azərbaycan” layihəsi Komitə tərəfindən soydaşlarımızın tarixi vətənləri ilə əlaqələrinin intensivləşdirilməsi, Azərbaycan adının dünyada təbliği istiqamətində atılan addımlardan biri kimi uğurla yekunlaşdı. 2018-ci ilin Oktyabr ayında başlanan layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən, əsasən gənc soydaşlarımız döğma vətənimizi salamlayaraq, “Sabahın xeyir, Azərbaycan” dedi. Layihə çərçivəsində daxil olan videolar Komitənin rəsmi sosial şəbəkə https://www.facebook.com/AzDiaspora/, https://twitter.com/DiasporaAz, https://www.instagram.com/diasporaaz/ ünvanlarında və Diaspor TV-də geniş ictimaiyyətə təqdim edilib. Layihə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə soydaşlarımıza ünvanlanan video-təbriklər ilə yekunlaşdı. Layihə çərçivəsində, ümumilikdə 60-a yaxın video-çarx hazırlanıb və paylaşılıb.
Soydaşlarımızın, xüsusilə gənclərin marağını nəzərə alaraq, layihənin gələcəkdə fərqli formatlarda davam etdirilməsi nəzərdən keçirilir.