Ottavada 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir keçirilib

26 aprel, 2024

Ottavada 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir keçirilib

Kanadanın Ottava şəhərində 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri milli rəqslərimizi ifa ediblər. Onların çıxışı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Ottava şəhərində “Qarabağ” Azərbaycan dili məktəbi 2011-ci ilin sentyabr ayından fəaliyyətə başlayıb. Məktəbdə hər həftənin bazar günləri 2 saat yarım müddətində 4-14 yaş arası uşaqlara Azərbaycan dili, tarixi, musiqi və rəqs dərsləri tədris edilir, milli adət-ənənələrimiz öyrədilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər