“Beyin qazanma” Proqramı

 

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma” Proqramının məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını azərbaycanlı tələbələrlə bölüşməsi üçün Azərbaycan universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və xaricdə yaşayan soydaşlarımızla yerli təhsil ocaqları arasında əlaqələrin yaradılmasından ibarətdir.

“Beyin qazanma” Proqramı çərçivəsində  xarici ölkələrdə yaşayan və elmi fəaliyyətlə məşğul olan diaspor nümayəndələri, eləcə də xarici mütəxəssislərlə Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan-Fransız Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin,  ADA  və digər universitetlərin müəllim və tələbə heyəti arasında onlayn görüşlər, konfranslar təşkil olunub.