Soydaşlarımız Yuta ştatında keçirilən Gül paradında

16 may, 2025

Soydaşlarımız Yuta ştatında keçirilən Gül paradında

ABŞ-nin Yuta ştatında Gül paradı keçirilib. Parad ştatın Solt Leyk Siti şəhərində yerləşən Beynəlxalq Sülh Parkında (International Peace Garden) baş tutub.

Yuta Azərbaycan Dostluq Təşkilatının üzvlərinin də qatıldığı paradda uşaqların yürüşü keçirilib. Soydaşımız uşağın da iştirak etdiyi yürüşə qoşulanlara hədiyyələr təqdim olunub. Maraqlı və rəngarəng keçən icma tədbirində nağıl personajlarının paradı xüsusi maraqla qarşılanıb. Tədbirə uşaqların cəlbi onlara öz mədəniyyətlərini nağıllar vasitəsilə daha maraqlı və  əyləncəli şəkildə təqdim etmək imkanı yaradıb.

Ənənəvi Gül paradında müxtəlif çiçəklər, yaradıcı dizaynlar və sənətkarlıq nümunələri təqdim edilib, həmçinin rəngarəng sərgilər nümayiş olunub. Paradın əsas məqsədi müxtəlif yaş qruplarından olan insanları sülh və sevgi ətrafında birləşdirməkdir.

Qeyd edək ki, “Yuta-Azərbaycan Dostluq Təşkilatı” Yuta ştatında təsis edilib. Həmtəsisçiləri Kamran Qarayev və Əsmər Qarayevadır. Təşkilat Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılmasında, eyni zamanda mədəniyyətimizin tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər