Gürcü mediasında gözdən əlil gənc müğənni Şaban Məmmədov haqqında məqalə yayımlanıb

16 may, 2025

Gürcü mediasında gözdən əlil gənc müğənni Şaban Məmmədov haqqında məqalə yayımlanıb

Gürcüstanın tanınmış “kvirispalitra.ge” portalında və eyniadlı qəzetdə Marneulidən olan, iki gözdən əlil, 24 yaşlı azərbaycanlı müğənni Şaban Məmmədov haqqında məqalə yayımlanıb.

Məqalədə Şaban Məmmədovun Gürcüstanda keçirilən ənənəvi “Xalxuri” (Xalq mahnıları) festivalındakı çıxışından bəhs edilir. Gənc ifaçının gürcü dilində səsləndirdiyi “Gecikmişdilər” mahnısı dinləyicilər tərəfindən böyük alqışlarla qarşılanıb. Soydaşımızın ifası haqqında gürcü müəllif yazıb: “Azərbaycanlı musiqiçinin ifası gürcüləri ağlatdı. Hamlet Qonaşvilidən sonra bu mahnının belə ifa edildiyini eşitməmişdim. O səs haradan gəldi?! Nə möcüzədir...?"

Erkən yaşlardan musiqi ilə maraqlanan soydaşımız 6 yaşında melodiyalar bəstələməyə başlayıb. Şabanın ilk səhnə çıxışı Marneuli Mədəniyyət Mərkəzində olub.

Gənc müğənni daha sonra Batumi Beynəlxalq Festivalında və “Praqa Milad Ulduzları 2023” 39-cu Beynəlxalq Milli Rəqslər və Musiqilər Müsabiqə-Festivalında Qran-Pri mükafatlarına layiq görülüb.

Jurnalist Xatuna Baxturidzenin “Şaban, dünyanı necə təsəvvür edirsən?” sualına cavabı isə özünəməxsus olub: “Mən dünyanı qara və ağ rəngdə görürəm. Mahnının rənginə gəldikdə isə onu deyə bilərəm ki, bəli, mahnı rəngarəngdir”.

Gürcü dilində dərc olunmuş məqaləni aşağıdakı linklərdən oxumaq mümkündür:

https://kvirispalitra.ge/article/131570-hamlet-gonashvilis-shemdeg-es-simgera-ase-aravis-sheusrulebiao-rom-tkves-sixarulisgan-ar-vicodi-ra-mekna/

https://24news.ge/read/id/97596

Məqalə Diasporla İş üzrə Dövlət Komitəsinin Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində Azərbaycan dilinə də tərcümə edilib (https://24news.ge/read/id/97611).

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər