Xarıbülbül Assosiasiyası Krakovda proqramlaşdırma kursu təşkil edib

26 aprel, 2024

Xarıbülbül Assosiasiyası Krakovda proqramlaşdırma kursu təşkil edib

Aprelin 24-də Xarıbülbül Assosiasiyasının təşkil etdiyi Python proqramlaşdırma kursunun ilk dərsi Krakovda yerləşən Azərbaycan Evində uğurla baş tutub. Müraciət edənlərin çoxluğu nəzərə alınaraq təlim paralel olaraq əyani və onlayn şəkildə aparılıb. Təlimçi Tural Vəliyevin başçılığı ilə keçirilən təlim iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

İtaliyanın Bolonya şəhərində və Polşanın Katoviçe şəhərində ali təhsil almış təlimçimiz Tural Vəliyev hal-hazırda Polşada yerləşən aparıcı qlobal şirkətlərdən biri olan “Steyt Strit” (“State Street”) şirkətində yüksək vəzifə çalışır.

Təlim həftədə bir dəfə olmaqla 8 həftə nəzərdə tutulub. Dərsin çətinliyindən asılı olaraq hər dərs 90-150 dəqiqə aralığında davam edir və dərslərdən sonra təlim iştirakçılarına dərslərə uyğun ev tapşırıqları verilir.

Bu kurs Xarıbülbül Assosiasiyasının Azərbaycan Evində təşkil etdiyi ilk təlimdir. Gələcəkdə yeni təlimlərin, dərslərin təşkili nəzərdə tutulub.

Hal-hazırda Xarıbülbül Assosiasiyasının paralel olaraq təşkil etdiyi Polyak dili kursu Krakovda yerləşən Azərbaycan Evində əyani şəkildə keçirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər