Almaniyada Azərbaycan həqiqətlərinin təbliğinə dair görüş keçirilib

4 iyun, 2025

Almaniyada Azərbaycan həqiqətlərinin təbliğinə dair görüş keçirilib

Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin yerli media nümayəndələri ilə görüşü keçirilib. Görüş Moers şəhərində nəşr edilən “LokaleBlicke.com” xəbər portalının redaksiyasında baş tutub.

Görüşdə Avropa Azərbaycan Mərkəzinin rəhbəri Zaur Əliyev, müavini Cavid Əlizadə, “LokaleBlicke.com” portalının rəhbəri Mustafa Güleç və “Haberinsaati.com” xəbər portalının rəhbəri İlhan Kılıç iştirak ediblər.

Media nümayəndələrinə Azərbaycanın tarixinə, mədəni irsinə və milli dəyərlərinə dair nəşrlər hədiyyə olunub. Tərəflər informasiya sahəsində əməkdaşlıq imkanları, eləcə də Avropa ictimaiyyətinə obyektiv məlumatların çatdırılması yolları barədə müzakirələr aparıblar.

Zaur Əliyev Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə qorunmasının və tanıdılmasının vacibliyini vurğulayaraq, Avropa mediası ilə əməkdaşlığın bu prosesdə mühüm rol oynadığını bildirib. “LokaleBlicke.com” portalının ölkəmizlə bağlı həqiqətlərin geniş auditoriyaya çatdırılmasındakı əhəmiyyətini xüsusi qeyd edib. Həmçinin “Haberinsaati.com” platformasının da bu istiqamətdə aktiv fəaliyyəti diqqətə çatdırılıb.

Görüş ictimai diplomatiya vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təşviqi üçün atılmış önəmli addım kimi dəyərləndirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər