Saqarecoda kikboks turniri keçirilib
4 iyun, 2025
Gürcüstanın Yor Muğanlı (Saqareco) rayonun Qaraçöp qəsəbəsində mərhum idmançı, qara kəmərli karate ustası Əfqan Cəlilovun xatirəsinə həsr olunan beynəlxalq kikboks turniri keçirilib.
Yarış Gürcüstanda yaşayan soydaşlarımızın təşəbbüsü ilə fəaliyyət göstərən “Qafqaz Arena” İdman Assosiasiyasının və "Qaraçöp" idman klubunun prezidenti, idman ustası İbrahim Məmmədovun birgə təşkilatçılığı əsasında baş tutub.
İki gün davam edən turnirdə Gürcüstan, Azərbaycan, Türkiyə, İran, Özbəkistan və Rusiyadan 200-ə yaxın idmançı iştirak edib.
Turnirin ilk günündə peşəkar idmançılar arasında kəmər uğrunda döyüşlər, ikinci günündə isə yeniyetmələrin qarşılaşmaları keçirilib.
“Qafqaz Arena” İdman Assosiasiyasının rəhbəri Yavər Məmmədov Assosiasiyanın əsas məqsədinin potensial imkanları güclü idmançıları aşkarlayaraq daha mötəbər beynəlxalq turnirlərə cəlb etmək olduğunu bildirib.
Soydaşlarımız Elvin Kazımov, Samir Xeyirxəbərov, Saleh Xeyirxəbərov, Polat Alıyev,Veli Alxanov, Fəzail Mustafayev, Umud Yaqubov, Kərim Vəliyev, Roma Mehdiyev turnirin qalibləri olublar.
Qaliblər kəmər, kubok və medallarla mükafatlandırılıblar.
Məlumat üçün qeyd edək ki, Əfqan Cəlilov dəfələrlə karate üzrə Azərbaycan, Rusiya və Qafqaz çempionu olub. O, Vətən Müharibəsi zamanı Azərbaycan ordusuna 600 xırdabuynuzlu heyvan yardımı edib.
Foto qalereya
Digər xəbərlər