Texasda 28 May – Müstəqillik Günü qeyd olunub

5 iyun, 2025

Texasda 28 May – Müstəqillik Günü qeyd olunub

ABŞ-nin Texas ştatının Hyuston şəhərində 28 May - Müstəqillik Günü qeyd olunub. “Amerika Azərbaycan İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirə Azərbaycan icması, yerli hökumət üzvləri və digər xalqların nümayəndələri qatılıb.

Tədbirdə  Azərbaycanın tarixi və müstəqilliyini əks etdirən sənədli film nümayiş olunub. Azərbaycan Respublikasının ABŞ-də fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin Azərbaycan icmasına ünvanlanan təbrik videosu yayımlanıb.

Texasın Fort Bend bölgəsinin komissarı Andy Meyers Fort Bend ərazisində 28 May tarixinin “Azərbaycanın Müstəqillik Günü” elan olunmasını açıqlayıb. Bununla bağlı bəyannamə imzalayan mer sənədi Hyustonda yaşayan soydaşımız, “ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzi”nin rəhbəri Samir Novruzova təqdim edib.

Tədbirin ikinci hissəsində soydaşımız Sevinc Hüseynova “Müstəqillik - təfəkkürün gücü” (“Independence - power of the mindset”) mövzusunda çıxış edib. O, müstəqillik təfəkkürünün gücləndirilməsində gənc nəslin azad düşüncə ilə yetişdirilməsinin vacibliyini vurğulayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər