Əfqanıstan Tələbələr Birliyi Seymur Nəsirovu təltif edib

24 iyul, 2026

Əfqanıstan Tələbələr Birliyi Seymur Nəsirovu təltif edib

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov “əl-Əzhər” Universitetində təhsil alan Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub.

Soydaşımıza elm və təhsil sahəsində 25 ildən artıq səmərəli fəaliyyətinə, eləcə də tələbələrə göstərdiyi davamlı dəstəyə görə Tələbə Birliyinin təşəkkürnaməsi təqdim edilib.

Təltifetmə mərasimində çıxış edən Əfqanıstan Tələbələr Birliyinin sədri Bərəkətullah Şirzad azərbaycanlı alimin tələbələrin hər zaman yanında olduğunu, onların elmi və mədəni inkişafına davamlı dəstək göstərdiyini bildirib. Onun sözlərinə görə, Seymur Nəsirovun təşəbbüsü ilə həyata keçirilən layihə və proqramlar tələbələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına mühüm töhfə verir.

Seymur Nəsirov göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək qeyd edib ki, hər bir mükafat yeni məsuliyyət deməkdir. Onun sözlərinə görə, bu təltif yalnız onun deyil, tələbələrin inkişafı naminə çalışan bütün insanların əməyinə verilən dəyərin göstəricisidir.

Qeyd edək ki, Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə "Tərəqqi" medalı, 2024-cü ildə isə azərbaycançılıq ideyasının həyata keçirilməsində və dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub. O həmçinin 2020-ci ildə ölkəmizin diaspor siyasətinə verdiyi mühüm töhfələrə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə mükafatlandırılıb.

Azərbaycanlı alim elmi və mədəni sahədəki xidmətlərinə görə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi tərəfindən də birinci dərəcəli "Elm və Fənlər" ordeni ilə təltif edilib.

Təltiflə bağlı xəbər aşağıdakı ərəb mətbuatında işıqlandırılıb:

https://www.aldiplomasy.com/155334/

https://aqidati.gomhuriaonline.com/24283/

https://almessa.gomhuriaonline.com/727924/

https://elalmelarby.com/archives/64077

https://www.tafsela.net/73543

https://www.almasryalyoum.com/news/details/4320712

https://wwnewss.com/تم-تكريم-الدكتور-سيمور-نصيروف-الأزهري/

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər