Elçin Şirinovun “Arazbarı” caz aranjemanı təqdim olunub

23 iyul, 2026

Elçin Şirinovun “Arazbarı” caz aranjemanı təqdim olunub

Azərbaycan Respublikasının Əməkdar artisti, Londonda yaşayan cazmen Elçin Şirinovun rəhbərlik etdiyi trio qədim Azərbaycan zərbi muğamı “Arazbarı”nı müasir caz formatında təqdim edib.

Fortepiano və aranjeman müəllifi Elçin Şirinov, kontrabas ifaçısı Joe Martin və zərb alətləri üzrə ifaçı Marcus Gilmorun iştirakı ilə hazırlanan layihədə ənənəvi Azərbaycan musiqisinin ritmik və melodik xüsusiyyətləri caz improvizasiyası ilə vəhdətdə təqdim edilib.

Elçin Şirinov layihəyə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərinə yeni aranjemanlardan ibarət dörd musiqi parçası hazırlandığını söyləyib. Qeyd edib ki, layihə çərçivəsində ilk buraxılış artıq yayımlanıb. Növbəti musiqi parçalarının isə mərhələli şəkildə aparıcı beynəlxalq rəqəmsal musiqi platformalarında təqdim olunması planlaşdırılır.

Layihənin məqsədinin Azərbaycan klassik musiqi irsini müasir musiqi yanaşmaları ilə beynəlxalq auditoriyaya çatdırmaq və milli musiqimizin dünyada tanıdılmasına töhfə vermək olduğunu vurğulayıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər