Qazaxıstandakı diasporumuz daşqından zərər çəkənlərə yardım göndərib

26 aprel, 2024

Qazaxıstandakı diasporumuz daşqından zərər çəkənlərə yardım göndərib

Qazaxıstanda baş vermiş daşqından zərərçəkənlərə Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə humanitar yardım göndərilib. Təbii fəlakət ərazilərindən təxliyə olunaraq Yessenov Universitetinin yataqxanasına yerləşdirilən 50-si uşaq olmaqla, təxminən 150 nəfər şəxsə zəruri ərzaq məhsullarından ibarət yardım çatdırılıb.

Bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Qazaxıstanda mart ayında başlayan daşqınlardan zərərçəkən əhaliyə dəstək məqsədilə mütəmadi olaraq yardım edirlər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər