Kalqaridəki Azərbaycan icması 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramında iştirak edib

6 may, 2024

Kalqaridəki Azərbaycan icması 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramında iştirak edib

Kanadanın Kalqari şəhərində 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Azəri Kalqari ulduzları” (“Azeri Calgary Stars”) və “Odlar Yurdunun Ruhu” (“Spirit of Land of Fire”) rəqs qrupları da iştirak edib.

Kalqaridə yaşayan həmyerlilərimiz tərəfindən Azərbaycan mədəniyyətini, milli-mədəni irsimizi təbliğ etmək məqsədilə könüllü olaraq yaradılan qruplar tədbirdə müxtəlif rəqs nömrələrini, o cümlədən “Qaval”, “Qara qız”, “Məzəli” və “Nəlbəki” rəqslərini ifa ediblər.

Rəqslərimiz tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər