Heydər Əliyev adına Dünya Boks Komitəsi Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçilib

17 may, 2024

Heydər Əliyev adına Dünya Boks Komitəsi Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçilib

Almaniyanın Saksoniya Anhalt vilayətinin Maqdeburq şəhərində Əmək, Sosial iş və Gender bərabərliyi üzrə Nazirliyinin tabeliyində fəaliyyət göstərən  Xarici Cəmiyyət və Təşkilatlar Birliyinin (AGSA – Auslandsgesellschaft Sachsen Anhalt e.V) toplantısı  keçirilib.

50-dən artıq cəmiyyət və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda Maqdeburqda fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee Heydar Aliyev – WBCA) Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə namizədliyi irəli sürülüb.

Təşkilat və cəmiyyət rəhbərlərinin hamısı Ulu Öndərin adını daşıyan Dünya Boks Komitəsinin lehinə səs verərək Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçiblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər