Kazanda ağacəkmə kampaniyası keçirilib

26 aprel, 2024

Kazanda ağacəkmə kampaniyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tatarıstan Respublikasının Azərbaycan Milli Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatının təşəbbüsü və təşkilat fəallarının iştirakı ilə Kazan şəhərinin həyətyanı sahələrindən birində ağacəkmə aksiyası keçirilib. Üzərində Azərbaycan bayrağı və #azerbaijan, #azdiasporakzn, #azermolodezhkzn həştəqləri olan köynək geyinən gənclər aksiya zamanı ərazidə abadlıq işləri aparmaqla yanaşı, yeni əkilən tingləri suvarıb və digər ağaclara aqrotexniki qulluq göstəriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisi ilə yanaş, diaspor təşkilatlarının təşəbbüsü və xaricdə yaşayan həmvətənlərimizin iştirakı ilə yaşadıqları ölkələrdə mütəmadi olaraq ağacəkmə kampaniyaları həyata keçirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər