Diasporla İş üzrə Dövlət Komitəsi Karyera sərgisində təmsil olunub

6 may, 2024

Diasporla İş üzrə Dövlət Komitəsi Karyera sərgisində təmsil olunub

Mayın 2-də ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında 12-ci Karyera sərgisi keçirilib. Sərgidə müxtəlif sektorlardan ümumilikdə 137 qurum iştirak edib. ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyilə keçirilən sərgidə aprelin 16-dan etibarən fəaliyyətə başlayan Karyera hazırlığı həftəsinə də yekun vurulub.

Sərgidə Diasporla İş üzrə Dövlət Komitəsi də təmsil olunub. Komitənin sərgidə iştirak edən əməkdaşları qurumun fəaliyyət istiqamətləri, iş imkanları və könüllük proqramı haqqında ziyarətçilərə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər