Komitə sədri Sefarad yəhudilərinin Bakı dini icmasının sədri, ravvin Zamir İsayevlə görüşüb
21 fevral, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Sefarad yəhudilərinin Bakı dini icmasının sədri, ravvin Zamir İsayevlə görüşüb.
Komitə sədri Sefarad yəhudi icmasının Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, eləcə də ölkəmizin multikultural dəyərlərinin və zəngin milli-mədəni irsinin təbliğində fəal rol oynadığını vurğulayıb. O, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində göstərilən dəstəyə və Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasına verdiyi töhfələrə görə qonağa təşəkkürünü ifadə edib.
Göstərilən diqqətə görə minnətdarlığını bildirən Zamir İsayev Azərbaycanı təmsil etməkdən böyük qürur hissi keçirdiyini söyləyib. O, ölkəmizin tolerantlıq ənənələrinin beynəlxalq müstəvidə təşviqinə bundan sonra da töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində komitə sədri qonağa Ümummilli Lider Heydər Əliyev haqqında ivrit dilində nəşr olunan kitab hədiyyə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Foto qalereya
Digər xəbərlər
