Brüsseldə Xocalı soyqırımına həsr olunan sərgi açılıb

3 mart, 2026

Brüsseldə Xocalı soyqırımına həsr olunan sərgi açılıb

Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Löven Katolik Universitetinin kitabxanasında Xocalı soyqırımına həsr olunan “Münaqişədə mülki təcrübələr: Xocalını xatırlamaq” (“Civilian Experiences in Conflict: Remembering Khojaly”) adlı sərgi açılıb.

Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının Belçika üzrə koordinatoru Nəzrin Ələkbərlinin təşəbbüsü ilə təşkil olunan sərgidə fotomateriallar vasitəsilə iştirakçılara Xocalı faciəsi haqqında geniş məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və ziyarətçilərin sualları cavablandırılıb.

Sərginin tələbələrin ən çox toplaşdığı sosial məkanlardan birində keçirilməsi iştirakçılara ekspozisiyanı birlikdə izləmək və mövzunu müzakirə etmək imkanı yaradıb.

Məlumat üçün bildirək ki, sərgi 2026-cı il 5 mart tarixinədək davam edəcək.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər