Fleytaçı Ağarahim Quliyev “Altus Flutes”in rəsmi nümayəndəsi seçilib

6 may, 2026

Fleytaçı Ağarahim Quliyev “Altus Flutes”in rəsmi nümayəndəsi seçilib

Fransada yaşayan azərbaycanlı fleytaçı Ağarəhim Quliyev dünyaca məşhur yapon fleyta istehsalçısı olan “Altus Flutes”in rəsmi nümayəndəsi seçilib. Bu o deməkdir ki, şirkət soydaşımızın ifaçılıq səviyyəsini yüksək qiymətləndirir və onu öz brendini təmsil edən seçilmiş musiqiçilər sırasında görür. Belə status adətən peşəkar və tanınmış ifaçılara verilir.

Məlumat üçün bildirək ki, Ağarahim Quliyev dünyanın müxtəlif ölkələrində keçirilən nüfuzlu konsert və festivallarda Azərbaycanın zəngin musiqi irsini tanıdır. Digər musiqiçi soydaşımız Eldəniz Ələkbərzadə ilə birlikdə “Avey” adlı musiqi duetinin həmtəsisçisidir. Klassik musiqi layihələrinin hazırlanması və təqdimatı ilə məşğul olan “AGRecords” adlı prodakşn şirkətinin yaradıcısıdır. 2022-ci ilin avqust ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin 3-cü Yay Düşərgəsinin iştirakçısı olub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər