Səyyar ASAN xidmət Gürcüstanda soydaşlarımıza xidmət göstərəcək
7 may, 2026
5-7 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Səyyar ASAN xidmət fəaliyyət göstərəcək.
Təşəbbüs çərçivəsində Azərbaycan vətəndaşlarına aşağıdakı xidmətlər göstəriləcək:
Ø şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Ø sürücülük vəsiqələrinin dəyişdirilməsi
Ø məhkumluq barədə arayışların verilməsi
Elektron Növbə Portalı vasitəsilə (https://appointment.mfa.gov.az/az) əvvəlcədən növbə götürməklə xidmətlərdən yararlanmaq mümkündür. Növbə götürmək üçün portalda Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini seçərək 5, 6 və 7 iyun tarixlərinə uyğun xidmət növünü qeyd etmək lazımdır.
Zəruri sənədlərin siyahısı aşağıda qeyd edilən linkdə mövcuddur. Sənədləri natamam olan müraciətlərə baxılmayacaq.
https://diaspor.gov.az/pdf/01052026/info.pdf
Vətəndaşlardan növbə vaxtından ən azı 15 dəqiqə əvvəl səfirlikdə olmaları xahiş olunur.
Digər xəbərlər
