Massaçusets Boston Universitetində Azərbaycan filmi nümayiş olunub
24 noyabr, 2026
Massaçusets Boston Universitetinin (UMass Boston) Azərbaycanlı Tələbə Təşkilatı ilk dəfə bir araya gələrək “Film gecəsi” təşkil edib.
Film gecəsində Azərbaycan kinosunun klassik nümunələrindən biri olan “Qaynana” bədii filmi nümayiş etdirilib. Azərbaycanlı tələbələr iştirakçılara filmin mövzusu, eləcə də Azərbaycan mədəniyyəti haqqında məlumat veriblər. Film əcnəbi tələbələrin böyük marağı ilə qarşılanıb.
Təşəbbüsün əsas məqsədi müxtəlif ölkələrdən olan tələbələri bir araya gətirmək, onları Azərbaycan mədəniyyəti və kinematoqrafiyası ilə tanış etmək, eyni zamanda universitetdə mədəni əlaqələri gücləndirmək olub.
Qeyd edək ki, 2026-cı ilin oktyabr ayında fəaliyyətə başlayan Tələbə Təşkilatı azərbaycanlı tələbələrin həmrəyliyinin gücləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və universitet mühitində ölkəmizin layiqincə təmsil olunması məqsədilə yaradılıb.
Digər xəbərlər
