Vyetnam mətbuatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin səfərini geniş işıqlandırıb
6 may, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Vyetnam Sosialist Respublikasına səfəri bu ölkənin televiziya kanalları və aparıcı yazılı mətbuat orqanlarında geniş işıqlandırılıb.
Yerli media qurumları tərəfindən yayılan məlumatlarda səfərin əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafına verdiyi töhfə diqqətə çatdırılıb. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
Xaricdəki vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nguyen Trung Kien, Vyetnam xarici işlər nazirinin müavini Le Thi Thu Hang, eləcə də mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dong ilə keçirilən görüşlər haqqındakı xəbərlərdə müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə geniş fikir mübadiləsinin aparıldığı diqqətə çatdırılıb.
Bununla yanaşı, Vyetnamda kinematoqrafiyanın əsasını qoymuş azərbaycanlı kinorejissor Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” adlı kitabının təqdimat mərasimi də Vyetnam mediası tərəfindən maraqla qarşılanıb.
Səfər haqqında yerli mətbuatda çıxan bir sıra yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://www.vietnam.vn/id/viet-nam-azerbaijan-cung-mo-ra-chuong-moi-trong-quan-he-hop-tac-van-hoa
https://www.vietnam.vn/sv/viet-nam-azerbaijan-cung-mo-ra-chuong-moi-trong-quan-he-hop-tac-van-hoa
https://thoidai.com.vn/trang-sach-noi-tinh-huu-nghi-viet-nam-azerbaijan-221241.html
https://www.vietnam.vn/tr/viet-nam-azerbaijan-cung-mo-ra-chuong-moi-trong-quan-he-hop-tac-van-hoa
https://langviet.vn/ajdar-ibrahimov-va-ban-tinh-ca-dien-anh-viet-azerbaijan/
https://hanoionline.vn/cau-noi-van-hoa-va-dien-anh-viet-nam-azerbaijan-397342.html
Foto qalereya
Digər xəbərlər
