Volqoqradda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
14 may, 2026
Rusiya Federasiyasının Volqoqrad şəhərində yerləşən “Volqoqrad-Bakı Dostluq Parkı”nda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə ucaldılan barelyef önünə gül dəstələri düzüb, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin həm Sovet İttifaqı dövründə, həm də müstəqil Azərbaycanın inkişafında mühüm rol oynadığını vurğulayıblar. Onun zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və uzaqgörən siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazandığı bildirilib.
Foto qalereya
Digər xəbərlər
