Virciniyada 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

6 fevral, 2025

Virciniyada 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

ABŞ-nin Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evində 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub. Tədbirdə ABŞ-nin müxtəlif universitetlərinin tələbələri, ölkəyə yeni gələn, həmçinin uzun illər ABŞ-də yaşayan gənc soydaşlarımız iştirak edib.

Tədbirdə yeri yaradılmış CAN Könüllülük və İnkişaf platformasının təqdimatı keçirilib. Gənclərin şəbəkələşməsi, diasporumuzun gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib, təcrübə mübadiləsi aparılıb. Bundan başqa, gənclərin ehtiyacları dinlənilib və təmin olunması yolları diqqətə çatdırılıb.

Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova gənclərlə iş sahəsində maraqlı olduqlarını vurğulayıb. "Bu tədbir, Azərbaycan gənclərinin güclənməsi və icmamızın birliyinin möhkəmləndirilməsi üçün atılmış mühüm addımdır. Gənclərimizin enerjisi və ambisiyası diasporumuzun gələcəyini formalaşdırır",- deyə Azərbaycan Evinin qurucusu Sevda Tahirli bildirib.

Görüşdə müxtəlif oyunlar keçirilib, mətbəx nümunələrimiz təqdim olunub, milli musiqilərimiz səsləndirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər