Ölkəmiz Balidə BMT Günü münasibətilə keçirilən tədbirdə təmsil olunub
23 oktyabr, 2026
İndoneziyanın Bali adasında fəaliyyət göstərən Gandhi Memorial Intercontinental School (GMIS) beynəlxalq məktəbində BMT Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə məktəbin şagirdləri Çingiz Teymurov və Mikayıl Ələkbərov milli geyimdə Azərbaycanın zəngin mədəni irsini, milli adət-ənənələrini və dəyərlərini müxtəlif ölkələrdən olan iştirakçılara təqdim ediblər.
Gənc soydaşlarımız ev şəraitində hazırlanan təamları sinif yoldaşları ilə bölüşərək onları milli mətbəximizin özünəməxsus nümunələri ilə tanış ediblər.
Müxtəlif xalqların mədəniyyətlərinin təqdim olunduğu tədbir iştirakçılar arasında mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı hörmət və anlaşmanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Azərbaycanlı şagirdlərin bu tədbirdə fəal iştirakı ölkəmizin zəngin mədəni irsinin beynəlxalq məktəb mühitində tanıdılmasına, milli dəyərlərimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verib.
Foto qalereya
Digər xəbərlər
