Vətən müharibəsi dünya azərbaycanlılarının qürur və həmrəyliyinin təcəssümüdür

30 sentyabr, 2026

Vətən müharibəsi dünya azərbaycanlılarının qürur və həmrəyliyinin təcəssümüdür

Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanatlar yayıb, şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

İtaliya-Azərbaycan Birliyinin rəhbəri Fərid Abbasov, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatoru Orxan Oktain, İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Portuqaliya üzrə koordinatoru Milana Seyidzadə, İtaliya Azərbaycanlıların Koordinasiya Şurasının Milan üzrə koordinatoru Fidan Abdullazadə, Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov, eləcə də Tuluz Azərbaycan Evi və Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin yaydığı bəyanatlarda Vətən uğrunda canından keçən hərbi qulluqçuların və mülki şəxslərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Bəyanatlarda 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi mərhələ olduğu vurğulanıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfər dünya azərbaycanlıları üçün sonsuz qürur və həmrəylik rəmzidir.

Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlığın heç vaxt unudulmayacağı, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi ifadə olunub.

Bəyanatlarda xüsusi olaraq vurğulanıb ki, şəhidlərin müqəddəs xatirəsinin əbədi yaşadılması, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər