Özbəkistandakı soydaşlarımızdan Anım Günü ilə bağlı bəyanat
30 sentyabr, 2026
Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda Vətən müharibəsində həyatını itirən şəhidlərin əziz xatirəsinin dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunduğu, onların qəhrəmanlığının Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacağı bildirilib. Şəhidlərin xatirəsinə ən böyük ehtiramın gələcək nəsillərin müharibə və qarşıdurma deyil, sülh, təhlükəsizlik, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşamasına töhfə vermək olduğu qeyd edilib.
Sənəddə, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinin, qarşılıqlı etimadın artırılmasının, xalqlar arasında humanitar və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Özbəkistanda yaşayan azərbaycanlıların Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafını dəstəklədiyi diqqətə çatdırılıb.
Foto qalereya
Digər xəbərlər
