Qlazqo Universitetində Xocalı faciəsinin qurbanları anılıb

26 fevral, 2024

Qlazqo Universitetində Xocalı faciəsinin qurbanları anılıb

Şotlandiyanın Qlazqo universitetində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Qlazqo Universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış Azərbaycan Cəmiyyətinin rəhbəri Nərmin Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələrə Xocalı soyqırımı haqqında geniş məlumat verilib, həmin gecə yaşanan dəhşətləri əks etdirən təqdimat və videolar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirdə çıxış edən azərbaycanlı tələbələr tarixin ən dəhşətli faciəsi olan Xocalı qətliamının insanlıq əleyhinə cinayət olduğunu bildirib və  dünya ictimaiyyətini bu amansız faciəyə biganə yanaşmamağa səsləyiblər. Tədbirin sonunda litvalı rejissor Andreas Brokasın Xocalı soyqırımından bəhs edən “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş olunub. Film əcnəbi tələbələrin  böyük marağına səbəb olub.

Qeyd edək ki, Xocalı faciəsi qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində ehtiramla yad edilir. “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər