Azərbaycanlı müəllimlər Finlandiyada milli dəyərlərimizi təbliğ ediblər

23 noyabr, 2026

Azərbaycanlı müəllimlər Finlandiyada milli dəyərlərimizi təbliğ ediblər

17 Noyabr – Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə Finlandiyaya təhsil səfərində olan azərbaycanlı müəllimlər yerli təhsil müəssisələrinin birində təqdimatla çıxış ediblər. Səfər Finlandiyada fəaliyyət göstərən “FinEd Academy”nin təsisçisi Şəfiqə Qasımzadənin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə finlandiyalı müəllimlərə və şagirdlərə Azərbaycanın zəngin tarixi, milli-mənəvi dəyərləri, mədəni irsi və Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti barədə məlumat verilib. Həmçinin ölkəmizin müasir inkişaf yolu və təhsil ənənələri iştirakçıların diqqətinə çatdırılıb.

Bu təşəbbüs həm Finlandiyanın qabaqcıl təhsil təcrübəsinin öyrənilməsi, həm də Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin xarici auditoriyaya tanıdılması baxımından böyük əhəmiyyət kəsb edib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər