Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamlarının Dərnəyi təsis olunub
7 aprel, 2024Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamlarının Dərnəyinin (Azerbaycan Bilim İnsanları Derneği – ABİD) təsis toplantısı keçirilib.
Toplantıda Türkiyədəki azərbaycanlı alimlərin bu ölkənin elm və təhsil mərkəzlərində fəaliyyətləri, bu fəaliyyətlərin əhatə dairəsi barədə məlumat verilib. Azərbaycanda elmin inkişafı istiqamətində görülən işlər və dünya elminə verilə biləcək faydalar diqqətə çatdırılıb. Alimlərimizin öz güclərini birləşdirməsi və Azərbaycan elminə də faydalı olması ilə bağlı fikir və təkliflər səsləndirilib.
Müzakirələr nəticəsində ABİD-in təsis olunmasına qərar verilib, dərnəyin müvəqqəti İdarə Heyəti, nizamnaməsi və loqosu təsdiqlənib. Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin professoru Əmirulla Məmmədov İdarə Heyətinin sədri seçilib.
Bildirilib ki, yaxın dövrdə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı elm adamlarının qurultayı keçiriləcək və burada dərnəyin yeni İdarə Heyəti təsdiqlənəcək.
Foto qalereya
Digər xəbərlər