GAİM-də “1+4” proqramı üzrə məntiq dərsləri davam edir

26 oktyabr, 2026

GAİM-də “1+4” proqramı üzrə məntiq dərsləri davam edir

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) “1+4” universitetə hazırlıq layihəsi çərçivəsində məntiq dərsləri davam edir.

Müəllim Emin Məmmədovun keçdiyi dərslərdə gənclərin məntiqi düşünmə bacarıqlarının inkişafına və imtahanlara hazırlıq səviyyəsinin yüksəldilməsinə diqqət yetirilir. Məşğələlər gənclərin milli imtahanlara sistemli hazırlaşmalarına və ali təhsil müəssisələrinə qəbul prosesində daha inamlı olmalarına dəstək verir.

Məntiq dərsləri həftənin birinci, üçüncü və beşinci günləri saat 12:00-dan 13:30-dək keçirilir.

Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Ünvan: Marneuli, Q. Mazniaşvili küçəsi 3 (Azərbaycan Evi, Ataholding)

Tel.: +995 588 88 39 19

E-poçt: gaim.integration@gmail.com

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər