Azərbaycan diasporunu təmsil edən alimlər Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə qatılacaqlar

28 sentyabr, 2023

Azərbaycan diasporunu təmsil edən alimlər Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə qatılacaqlar

Bakı şəhərində oktyabrın 2–6-da keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycan diasporunu təmsil edən tanınmış alimlər də iştirak edəcək.

Onların arasında Mərkəzi Florida Universiteti, Günəş Enerjisi Mərkəzi, Hidrogen Energetika üzrə qrup rəhbəri Prof. Dr. Nazim Muradov, İstanbul Ticarət Universitetinin professoru, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim Abdulla Sofiyev, İstanbul Texniki Universitetinin Aeronavtika və kosmonavtika fakültəsinin professoru Çingiz Hacıyev, “Capella Space” şirkətinin meneceri, Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova var.  

Qeyd edək ki, xaricdə yaşayan bu alimlərin təqdim etdikləri elmi məqalələr soydaşlarımıza 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış etmək hüququ qazandırıb.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 ildən sonra yenidən Azərbaycanın ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər