Türküstanda Zəfər Günü qeyd olunub
11 noyabr, 2026
Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni Birliyi 8 Noyabr – Zəfər Gününü qeyd edib.
Əvvəlcə icma üzvləri Sayram rayonu ərazisində ağacəkmə aksiyası keçiriblər.
Daha sonra birliyin nəzdində fəaliyyət göstərən rəqs məktəbində musiqili proqram təqdim olunub. Məktəbin şagirdləri Azərbaycan milli musiqilərinin müşayiəti ilə rəqs nömrələri nümayiş etdiriblər.
“Qarabağ” Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, onun xalqımızın milli qürur və yaddaşındakı əhəmiyyətindən danışıb.
Foto qalereya
Digər xəbərlər
