Türküstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

13 oktyabr, 2026

Türküstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni Birliyinin nəzdindəki həftəsonu məktəbində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan açıq dərs keçirilib.

Dərs zamanı şagirdlərə Ulu Öndərin həyat yolu və fəaliyyəti haqqında məlumat verilib, onun xatirəsinə həsr olunan şeirlər səsləndirilib.

Tədbir çərçivəsində Heydər Əliyevin portretinin ən yaxşı təsviri üzrə rəsm müsabiqəsinin nəticələri açıqlanıb və 2 qalibə hədiyyələr təqdim edilib.

Açıq dərsin keçirilməsində əsas məqsəd uşaqlara Azərbaycan tarixini, milli dəyərlərimizi və Ümummilli Lider Heydər Əliyevin zəngin irsini aşılamaq olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər