Dmanisi Tədris Mərkəzində yeni tədris ilinə başlanılıb
13 oktyabr, 2026
Gürcüstanın Dmanisi şəhərində fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində Azərbaycan və gürcü dilləri üzrə ödənişsiz kurslara başlanılıb.
Mərkəzin rəhbəri Kamran Xıdırov kursların əsas məqsədinin regionda yaşayan soydaşlarımızın təhsil imkanlarını genişləndirmək, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və Azərbaycan dilinin qorunub saxlanılmasına töhfə vermək olduğunu bildirib.
Azərbaycan dilinin tədrisi zamanı şagirdlərin qrammatik biliklərinin, söz ehtiyatının və şifahi nitq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə keçirilən dərslər uşaqların ana dilinə dərindən yiyələnməsi, milli-mədəni irsə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bundan əlavə, mərkəzdə ödənişli məntiq kursları da fəaliyyətə başlayıb. Xüsusi metodika əsasında keçirilən dərslər şagirdlərin məntiqi təfəkkürünün inkişafına, analitik düşünmə və problemləri həll etmə bacarıqlarının formalaşdırılmasına yönəlib.
Mərkəzin tədris imkanlarından yararlanmaq istəyənlər aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərlər:
Ünvan: Dmanisi şəhəri, N. Dedoplis küçəsi, 3 (təcili tibbi yardım binasının qarşısı)
Tel.: +995 551 08 32 26
Foto qalereya
Digər xəbərlər
