Türküstanda 28 May – Müstəqillik Günü münasibətilə açıq dərs keçirilib

2 iyun, 2026

Türküstanda 28 May – Müstəqillik Günü münasibətilə açıq dərs keçirilib

Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən "Qarabağ" Etnomədəni Birliyinin nəzdindəki həftəsonu məktəbində 28 May – Müstəqillik Günü münasibətilə açıq dərs keçirilib.

Dərsdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, müstəqilliyimizin bərpası və dövlətçilik ənənələri barədə məlumat verilib.

Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Bu kimi tədbirlərin keçirilməsi milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin milli kimlik şüurunun möhkəmlənməsinə və diaspor gəncləri arasında həmrəyliyin daha da güclənməsinə xidmət edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər