Ermənilər Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum edib

20 sentyabr, 2023

Ermənilər Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum edib

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin qaynar xəttinə Toronto Azərbaycan Evindən məlumat daxil olub.

Bildirilib ki, gecə saatlarında erməni əsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hücum edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, 2022-ci ilin sentyabr döyüşlərindən sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bütün Azərbaycan evlərinə təhlükəsizlik təlimatı göndərilib.

https://youtu.be/uBXXs-JR4ZI

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər