Tbilisidə “Azərbaycan dili və mədəni irsimiz” adlı tədbir keçirilib

24 iyun, 2026

Tbilisidə “Azərbaycan dili və mədəni irsimiz” adlı tədbir keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki “Alyans” Gənclər Mərkəzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və bu ölkədə fəaliyyət göstərən “Maarif” təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan dili və mədəni irsimiz” adlı tədbir keçirilib.

Tədbirdə komitənin şöbə müdirinin müavini Şəfəq Binnətova, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı Fuad Çıraqov, həmçinin Tbilisi və Rustavi şəhərlərində, Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Laqodexi bələdiyyələrində fəaliyyət göstərən Azərbaycandilli məktəblərin direktor və müəllimləri iştirak edib.

“Maarif” təşkilatının direktoru Aygül İsayeva çıxışında Azərbaycan dilinin öyrənilməsinin zəruriliyindən və bu istiqamətdə həyata keçirilən işlərdən danışıb.

Komitənin şöbə müdirinin müavini Şəfəq Binnətova dövlətimizin xaricdə yaşayan soydaşlarımıza və diaspor nümayəndələrinə göstərdiyi diqqət və qayğı barədə məlumat verib. O bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılarla bağlı məsələləri daim diqqətdə saxlayır.

Səfirliyin əməkdaşı Fuad Çıraqov Azərbaycan dövlətinin soydaşlarımıza verdiyi dəstəyi xatırladıb, dilimizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacib olduğunu deyib.

Tədbirdə digər natiqlər də mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışçılar bildiriblər ki, hər bir xalqın ana dili onun keçmişini, mədəniyyətini, zəngin söz xəzinəsini, özünəməxsusluğunu, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan əvəzsiz milli sərvətdir.

Sonda milli-mənəvi dəyərlərin gənc nəsil arasında fəal təbliğinə görə bir qrup müəllim “Təşəkkürnamə” ilə təltif olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər