TADEF və İğdır Azərbaycan Evindən 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat
29 sentyabr, 2026
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), ona üzv olan dərnəklər və İğdır Azərbaycan Evi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.
Bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların qəhrəmanlığının Azərbaycan tarixində əbədi yaşayacağı vurğulanıb.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ olub. Azərbaycan xalqının birliyi, Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı nəticəsində tarixi ədalət bərpa edilib. Həmçinin Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi həqiqətlərin təbliği və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək diaspor təşkilatlarının qarşısında duran əsas vəzifələrdən olduğu diqqətə çatdırılıb.
Foto qalereya
Digər xəbərlər
