Ştutqartda “Heydər Əliyev və mədəniyyət” adlı tədbir keçirilib

13 may, 2026

Ştutqartda “Heydər Əliyev və mədəniyyət” adlı tədbir keçirilib

 

Almaniyanın Ştutqart şəhərindəki Azərbaycan Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Heydər Əliyev və mədəniyyət” adlı tədbir keçirilib.

Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıların Alyansının İdarə Heyətinin üzvü, bəstəkar Günay Mirzəyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolundan, milli dövlətçilik ənənələrinin formalaşması, dilimizin və milli kimliyimizin inkişafındakı xidmətlərindən geniş bəhs edib. Ulu Öndərin mədəniyyət sahəsinə verdiyi mühüm töhfələrindən, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbirdə Azərbaycanın bu gün əldə etdiyi uğurların təməlində Ümummilli Liderin uzaqgörən siyasətinin dayandığı və bu strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Daha sonra Ulu Öndər Heydər Əliyev haqqında yazılan “İncəsənət mənim bütün həyatımı əhatə edir” adlı kitabın təqdimatı olub. Kitabın müəllifi Birinci Qarabağ müharibəsi veteranı, “Şöhrət” ordenli jurnalist Svetlana Mirzəyevadır. Kitabın hazırlanması zamanı Ümummilli Liderin şəxsi tövsiyələrinin və məsləhətlərinin əsas götürüldüyü diqqətə çatdırılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və zəngin fəaliyyətinə həsr olunan videoçarxlar böyük maraqla izlənib.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər