Soydaşlarımızın əsərləri İstanbulda beynəlxalq sərgidə nümayiş olunub

20 may, 2026

Soydaşlarımızın əsərləri İstanbulda beynəlxalq sərgidə nümayiş olunub

Niderlandda yaşayan azərbaycanlı rəssamlar Rasim Hüseynov və Vəfa Rüstəmovanın əsərləri İstanbulda keçirilən “ARTcontact” VI Beynəlxalq Çağdaş Sənət Sərgisində nümayiş olunub. Dünyanın 40 ölkəsindən mindən çox sənətçinin iştirak etdiyi sərgidə soydaşlarımızın əsərləri böyük maraq doğurub.

Rəssam Rasim Hüseynov sərgi ilə bağlı fikirlərini bölüşərək, 26 ildir Niderlandda yaşadığını və bu müddət ərzində yüzdən çox fərdi sərgisinin təşkil edildiyini bildirib. O, İstanbuldakı sərgidə “Ana” mövzusunda Azərbaycan miniatür sənətinə aid əsərlərininin yer aldığını vurğulayıb. O, diaspor sahəsindəki fəal və səmərəli fəaliyyətinə görə 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Sərgi həm diasporumuzun incəsənət sahəsindəki fəaliyyətini, həm də Azərbaycan sənətini dünya səhnəsində tanıtmaq üçün mühüm platforma olub.

Məlumat üçün bildirək ki, “ARTcontact” VI Beynəlxalq Çağdaş Sənət Sərgisində azərbaycanlı sənət adamlarının ümumilikdə 19 heykəltəraşlıq, 87 rəngkarlıq və akvarel işi, eləcə də 50-yə yaxın keramik əsərləri nümayiş olunub.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər