Soydaşlarımıza "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib

27 aprel, 2026

Soydaşlarımıza "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev Qazaxıstanda fəaliyyət göstərən “Birlik” İctimai Birliyinin sədr müavini Dursun Məmmədov və “Ata Yurd Nomad” Respublika İctimai Birliyinin sədr müavini Nasiha Qumarqızı ilə görüşüb.

Sədr müavini soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya səylərini, Azərbaycan həqiqətlərinin tanıdılması və zəngin mədəni irsimizin təbliği istiqamətində gördükləri işləri müsbət dəyərləndirib.

Daha sonra soydaşlarımıza "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalları təqdim edilib.

Dursun Məmmədov və Nasiha Qumarqızı fəaliyyətlərinə verilən yüksək dəyərə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirib, gələcəkdə də ölkələr arasında münasibətlərin inkişafına və diaspor fəaliyyətinin daha da güclənməsinə öz töhfələrini verməyə çalışacaqlarını qeyd ediblər.

Məlumat üçün bildirək ki, Dursun Məmmədov uzun illərdir Azərbaycan mədəniyyətinin təbliği istiqamətində tədbirlərin keçirilməsinə, soydaşlarımıza sosial yardımların edilməsinə dəstək göstərir. Nasiha Qumarqızı isə yazıçıdır, Qazaxıstan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan diaspor təşkilatının üzvü kimi aktiv fəaliyyət göstərir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər