Soydaşımızın komandası növbəti dəfə İtaliya çempionu olub

12 may, 2026

Soydaşımızın komandası növbəti dəfə İtaliya çempionu olub

İtaliyada yaşayan azərbaycanlı şahmatçı Mirağa Ağayevin də heyətində yer aldığı “Lazio Scacchi” komandası İtaliya Şahmat Çempionatının 2026-cı il “Master” seriyasında növbəti uğuruna imza atıb.

Darfo Boario Terme şəhərində keçirilən turnirdə inamlı oyun nümayiş etdirən komanda ardıcıl ikinci dəfə İtaliya çempionu adına layiq görülüb. Final qarşılaşmasında “Pedone Isolano Misilmeri” üzərində qələbə qazanan “Lazio Scacchi” hər iki çempionluğunu eyni şəhərdə əldə etməklə tarixə düşüb.

Bu çempionluq Mirağa Ağayev üçün xüsusi əhəmiyyət daşıyıb. Soydaşımız ötən mövsümdə olduğu kimi, bu dəfə də komandaya qələbəyə gedən yolda vacib xallar qazandırıb. İtaliya mediasında “şahmat dahisi” kimi tanınan Mirağa Ağayevin uğurları həm Azərbaycan diasporunda, həm də beynəlxalq şahmat ictimaiyyətində böyük qürur və rəğbətlə qarşılanıb.

Turnir boyu yüksək səviyyəli heyətlə mübarizə aparan komandanın birinci lövhəsində Aleksey Sarana yer alıb. Bununla yanaşı, Mirağa Ağayev, Lorenzo Lodici, Aleksandr Fier, Sebastian Lermito, Danilo Brozzi və final mərhələsində Michele Godena kimi təcrübəli şahmatçılar parlaq qələbələri ilə fərqləniblər. Komandaya kapitan Marko Korvi rəhbərlik edib, klubun prezidenti isə Roberto Kondorellidir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər