Soydaşımızın Kanadadakı fəaliyyəti yüksək qiymətləndirilib

2 iyun, 2026

Soydaşımızın Kanadadakı fəaliyyəti yüksək qiymətləndirilib

Kanadada fəaliyyət göstərən soydaşımız, Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının (AzCAR) rəhbəri Rəna Fərəcova şəhərin nüfuzlu “The Regina 25” mükafatının qalibi olub. Mükafat “Economic Development Regina” təşkilatı tərəfindən Recayna şəhərinin ictimai, mədəni və iqtisadi həyatının inkişafına xüsusi töhfə verən şəxslərə verilir.

O, həmçinin son beş il ərzində Recayna şəhərinin ictimai həyatında aktiv fəaliyyəti, müxtəlif icmalar arasında əməkdaşlığın gücləndirilməsi və mədəni layihələrin təşkili sahəsində göstərdiyi təşəbbüskarlığına görə “Quick Studies” nominasiyasına layiq görülüb.

Mükafatlandırma mərasimində bildirilib ki, Rəna Fərəcovanın yaradıcılığı, təşkilatçılıq bacarığı və müxtəlif etnik və mədəni icmaları bir araya gətirmə qabiliyyəti Recayna şəhərinin daha inklüziv və mədəni baxımdan zəngin cəmiyyətə çevrilməsində mühüm rol oynayır.

Qeyd edək ki, Rəna Fərəcova Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının (AzCAR) həmtəsisçilərindən biri kimi Azərbaycan mədəniyyətinin Kanadada tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirib. Bu layihələr çərçivəsində Azərbaycan nağıllarının ingilis dilinə tərcüməsi təşkil olunub, müxtəlif mədəni tədbirlər, seminarlar və ictimai proqramlar vasitəsilə Azərbaycan irsinin Kanadada təbliği təmin edilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər