Soydaşımızın adı Toronto Universitetində əbədiləşdirilib
15 sentyabr, 2026
Kanadada yaşayan soydaşımız, Toronto Universitetinin Mühəndislik Elmləri proqramının məzunu Emil Kərimov peşəkar uğurları ilə yanaşı, təhsilin inkişafına verdiyi töhfə ilə də diqqət çəkir. Soydaşımızın adı universitetin həyətində daş lövhədə əbədiləşdirilib.
Soydaşımız məzun olduqdan sonra da Toronto Universiteti ilə əlaqələrini qoruyub saxlayır. O, sözügedən ali təhsil müəssisəsinə etdiyi xeyriyyə ianəsi ilə təhsilin inkişafına və gələcək nəsillər üçün imkanların genişləndirilməsinə çalışır. Bu təşəbbüs onun yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də cəmiyyətə fayda vermək və təhsil sahəsinin inkişafına dəstək olmaq istiqamətindəki mövqeyinin bariz nümunəsidir.
Emil Kərimovun uğur yolu Kanadada yaşayan azərbaycanlıların əldə etdikləri nailiyyətlərin və yaşadıqları cəmiyyətin inkişafına verdikləri töhfələrin parlaq göstəricilərindən biridir. Onun təhsilə və gələcək nəslin inkişafına olan diqqəti azərbaycanlı gənclər üçün örnəkdir.
Foto qalereya
Digər xəbərlər
