Soydaşımız Taylandda qalib olub
7 sentyabr, 2026
Gürcüstanın Saqareco bələdiyyəsinin Qaraçöp mahalından olan 24 yaşlı idmançı soydaşımız Peyman Hacıyev Taylandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib.
Azərbaycan, Türkiyə, Fransa, Almaniya, İran, Çin, Tacikistan, Qırğızıstan, Rusiya, Çeçenistan, İraq, Avstraliya, Meksika, Fələstin və Gürcüstanın təmsil olunduğu turnirdə Peyman Hacıyev 70 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, Tayland təmsilçisi ilə qarşılaşmada hər 3 raund üzrə yüksək xal toplayaraq rəqibinə qalib gəlib və turnirin kəmərinə sahib olub.
Məlumat üçün qeyd edək ki, soydaşımız avqustun 12-də Taylandda keçirilən MMA turnirində də rusiyalı rəqibini məğlub edərək kəmər qazanıb. Son bir il ərzində müxtəlif ölkələrdə təşkil olunan MMA və Muay Tay yarışlarında iştirak edərək uğurlu nəticələr əldə edib.
Foto qalereya
Digər xəbərlər
