Soydaşımız beynəlxalq müsabiqədə uğur qazanıb
25 may, 2026
Moldova Azərbaycanlıları Konqresinin həftəsonu məktəbinin şagirdi Damla Şahhüseynli INFOMATRIX 2026 beynəlxalq müsabiqəsində bürünc medal qazanıb.
İnformasiya texnologiyaları, robototexnika və innovativ layihələr üzrə dünyanın ən nüfuzlu yarışlarından biri olan müsabiqədə 30-a yaxın ölkədən 400-dən çox iştirakçı bir araya gəlib.
Soydaşımız “Səslə aktivləşdirilən ağıllı işıqlandırma sistemi” (Sound-Activated Smart Lighting System - SASLS) adlı layihə ilə çıxış edərək 3-cü yerin sahibi olub.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
