Şimkənddə 28 May – Müstəqillik Gününə həsr olunan açıq dərs keçirilib
26 may, 2026
Qazaxıstanın Şimkənd şəhərində fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Birliyinin nəzdindəki həftəsonu məktəbində 28 May – Müstəqillik Gününə həsr olunan açıq dərs keçirilib.
Dərsdə dövlət müstəqilliyinin əhəmiyyəti və xalqımızın azadlıq uğrunda apardığı mübarizə barədə ətraflı məlumat verilib. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı və bu tarixin xalqımızın yaddaşında mühüm yer tutduğu şagirdlərin diqqətinə çatdırılıb.
Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Bu kimi tədbirlərin keçirilməsi milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin milli kimlik şüurunun möhkəmlənməsinə və diaspor gəncləri arasında həmrəyliyin daha da güclənməsinə xidmət edir.
Foto qalereya
Digər xəbərlər
