Şimali Karolinada keçirilən Folklor Festivalında Azərbaycan mədəniyyəti tanıdılıb
2 oktyabr, 2026
ABŞ-nin Şimali Karolina ştatının Fayetvil şəhərində keçirilən Fayetvil Folklor Festivalında Azərbaycan mədəniyyəti tanıdılıb.
Festivalda Azərbaycan Dostluq Təşkilatı milli stendlə təmsil olunub. Stenddə Azərbaycanın coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi, muğam sənəti, xalçaçılıq ənənələri və milli mətbəxi barədə məlumatlar təqdim edilib. Bununla yanaşı, ziyarətçilərə ölkəmiz haqqında məlumat kartları paylanılıb.
Məlumat kartlarında 27 Sentyabr – Anım Gününə də yer ayrılıb. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Cənubi Qafqazda davamlı sülhə və sabitliyə inam ifadə olunub.
Festival çərçivəsində ABŞ-də yaşayan soydaşımız Lalə Bağıradənin təqdim etdiyi rəqs proqramı tamaşaçıların böyük marağı ilə qarşılanıb. Daha sonra amerikalı qonaqlar soydaşlarımızla birlikdə "Yallı" rəqsinə qoşulublar.
Foto qalereya
Digər xəbərlər
