Aktauda “Xəzəryanı makroregion: Azərbaycan və Qazaxıstanın siyasi və iqtisadi tərəfdaşlıq arxitekturası” forumu keçirilir
2 oktyabr, 2026
Qazaxıstanın Aktau şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Qazaxıstanda fəaliyyət göstərən Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin və “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşkilatçılığı ilə “Xəzəryanı makroregion: Azərbaycan və Qazaxıstanın siyasi və iqtisadi tərəfdaşlıq arxitekturası” adlı forum işə başlayıb.
Tədbirin açılış mərasimində siyasi ekspertlər, alimlər və ziyalılarla yanaşı, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun nümayəndələri, Qazaxıstanın dövlət rəsmiləri, universitetin müəllim və tələbələri iştirak ediblər. Açılışdan sonra qonaqlar universitetdə fəaliyyət göstərən Azərbaycan Mərkəzi ilə tanış olublar.
Forumun əsas məqsədi Xəzər dənizinin geosiyasi əhəmiyyətini, “Orta Dəhliz”in (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) perspektivlərini müzakirə etmək, həmçinin Azərbaycan və Qazaxıstanın siyasi xadimləri, beynəlxalq münasibətlər üzrə alimləri və ziyalıları arasında davamlı dialoq platforması yaratmaqdır.
Müzakirələr panel iclasları ilə davam edəcək.
Foto qalereya
Digər xəbərlər
